AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2019-cu ilin döyüş hazırlığı planına əsasən Naxçıvan Qarnizonunda yerləşən qoşunlarda “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda yarış keçirilib.
Yarışa daşınan zenit-raket komplekslərinin və 23 millimetrlik zenit qurğularının heyətləri, eləcə də hava düşmənini təqlid edən Ordu aviasiyası cəlb edilib. Yarış zamanı şəxsi heyətin ixtisas hazırlığı üzrə praktiki bacarıqları və bilik səviyyəsi yoxlanılıb, normativlərin şərtinə uyğun fəaliyyətləri qiymətləndirilib.