Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Dekabr 2018 08:55

Xalqı üçün yaşayanlar unudulmur

İbtidai sinifdə oxuyanda  "Heç kəs unudulmur, heç nə yaddan çıxmır" mövzusunda inşa yazmışdıq. Onda yazmışdım ki, xalq yaxşılıqları, Vətənin qeydinə qalanları heç bir zaman unutmur. Belə insanlardan biri də böyük tarixi şəxsiyyət Heydər Əliyev idi. O, Sovetlər dönəmində Azərbaycan üçün yaşayırdı, müstəqilliyimiz bərpa olunduqdan sonra da.
Heydər Əliyev əsl vətəndaş idi. Elinə-obasına bağlı. Səməd Vurğunun "Azərbaycan" şeiri  onu duyğulandırdı - bu Azərbaycana sevginin təzahürüdü...
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin səhərisi Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. Bu, o dövr üçün böyük cəsarət demək idi. Bu cəsarət xalqa sevgi idi. Xalqın təkidli tələbiylə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. İyunun 24-də Ali Sovetin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ümummilli Lider həm də uşaqların dostu idi. Onları sevir, əzizləyir, qoruyur və onlara xalqın  gələcəyi  kimi baxırdı. Ulu Öndər valideynləri olmayan bir uşağın əlifba bayramında da iştirak etmişdi. Bu gün dahi şəxsiyyət aramızda olmasa da, daim qəlblərdə yaşayır və yaşayacaq. Xalq ulu öndər Heydər Əliyevi heç zaman unutmayacaq, Heydər baba ürəklərdə əbədi yaşayacaqdır!..
Heydər Əliyev böyük tarixi şəxsiyyət idi. O, Azərbaycanda ordu quruculuğunun uğurlarının başlanğıcını qoydu, respublikanın iqtisadi inkişafını təmin edən müqavilələrin imzalanmasına nail oldu. Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu...

Hüsniyyə İDRİSOVA, BSU-nun II kurs tələbəsi