Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Dekabr 2018 09:08

MOİK idmançıları respublika çempionatında uğurla çıxış ediblər

Hövsan Olimpiya Kompleksində kyokşin karate idman növü üzrə növbəti respublika çempionatı keçirilib. Yarışda iştirak edən MOİK idmançıları layiqli çıxış edərək medallar qazanıblar.
Ümumilikdə, MOİK təmsilçilərindən səkkizi fəxri kürsüyə qalxıb. Ramal Rəhimov hamıdan güclü olaraq qızıl medala sahib çıxıbsa, Həsən Həsənli, Kənan Hacıyev, Yusif Rüstəmov, Elmin Əlizadə, Elnur İsmayılov və Ələkbər Babazadə gümüş, Lətif Bayramov isə bürünc medal əldə edib.

* * *
Dekabrın 1-də kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarının, həmçinin idman cəmiyyətlərinin qatıldığı yarışda 28 komandanın 138 boksçusu qüvvəsini sınayıb. Altı gün davam edən turnirdə 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Boks Mərkəzində təşkil olunan çempionatda MOİK beş idmançı ilə təmsil olunub. Digər idmançılarımız ümidləri doğrultmasa da, 56 kq çəki dərəcəsində yarışan Tayfur Əliyev bütün rəqiblərini üstələyib. Səkkizdəbir finaldan mübarizəyə başlayan Tayfur Əliyev dörd görüşün hər birində 5:0 hesabıyla tam qələbə əldə edib. Bununla da idmançımız qızıl medal əldə edərək fəxri kürsünün 1-ci pilləsinə qalxıb.


Elvin YAQUBOV, MOİK