Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Oktyabr 2018 09:18

Hərbi hissədə ağacəkmə aksiyası

Bu günlərdə "Xocalı Soyqırımını Tanıtma" və "Yeni Yurd" Sosial İnkişaf İctimai birliklərinin, həmçinin "Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu"nun birgə təşkilatçılığı ilə cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100-cü ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbir iştirakçıları öncə hərbi hissənin ərazisində ictimai birliklər üçün ayrılmış sahədə ağac əkdilər. "Xocalı Soyqırımını Tanıtma", "Yeni Yurd" Sosial İnkişaf İctimai birliklərinin və "Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu"nun rəhbər heyəti və fəalları "Hər şəhidə bir fidan!" devizi altında xatirə parkı saldılar.
Tədbirin rəsmi hissəsi hərbi hissənin akt zalında keçirildi. Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil  Sabiroğlu AXC-nin 100 illiyi ilə bağlı dövlət səviyyəsində qeyd olunan tədbirlər haqqında məlumat verdi. O, parkın açılmasında müstəsna xidməti olanların hər birinə təşəkkürünü bildirdi. "Yeni Yurd" İctimai Birliyinin sədri  Mahirə Əsədova ordu quruculuğu haqqında öz fikrini zabit və əsgərlərlə bölüşdü. "Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu"nun sədri Ədalət Məhərrəmov, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi sədrinin müavini Dilbər Sultanova, təşkilatın Gəncə Regional Departamentinin sədri, II dərəcəli müharibə əlili Aqil Məmmədov, təşkilatın üzvü, Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Zahid Qarayev, Birliyin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı, Birliyin Mərkəzi Aran rayonları üzrə Departamentinin sədr müavini Rauf Mirzəyev, "N" hərbi hissəsinin formalaşmasında müstəsna xidməti olan Qarabağ qazisi Qədir Musayev və başqaları hərbi hissədə şəxsi heyətə yaradılan şəraitdən məmnun olduqlarını qeyd etdilər. Sonda Füzuli rayon mədəniyyət şöbəsinin "Qarabağ" instrumental ansamblının üzvləri, habelə, istedadlı müğənnilər - Tərlan Novxanılı və Ulduzə Qədirova maraqlı konsert proqramı ilə hərbi hissənin şəxsi heyəti qarşısında çıxış etdilər.                          
 
Şamilə ŞAMİLQIZI