Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Sentyabr 2018 10:30

Ordumuza güvənirik

Vətən sevgisinin qarşılığı yoxdur. Azərbaycan əsgərinin Vətəninə, millətinə olan sevgisi hər zaman  dünyanı heyrətləndirib. "Təki Vətən yaşasın!" deyib son gülləsinə kimi döyüşənlər  - şəhid olanlar. Tarixlər yazılıb, yazılacaq da. 2016-cı ilin aprel döyüşləri unudula bilərmi? Xeyr! Həmin gün Azərbaycan igidləri qələbə bayrağını sancdı ucalıqlara - Lələtəpəyə, Bayraqtəpəyə. İndi bu yüksəkliklərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu böyük qələbəni "Aprel zəfəri dərsliklərə salınmalıdır" kimi dəyərləndirib. Bu zəfər, həqiqətən, tarix idi, bu tarixi zəfəri qazanan Azərbaycan əsgəri torpaqlarımızı işğaldan tamamilə azad edəcəkdir. Gənclərin də, yeniyetmələrin də vətənpərvərlik duyğularını kükrədən bu qələbə bütün əsgərlərimizin ruhunu qələbəyə kökləyib. Döyüşlər gedəndə  şagird idik. İndi tələbəyik. Tələbə yoldaşlarımla bu qələbə haqqında söhbətlərimiz çox olub. Hamımız uğurumuzla qürurlanırıq. Ordumuza inanırıq, ordumuza güvənirik. Yaxın vaxtlarda Azərbaycan əsgəri Böyük Qələbə qazanacaq. Sən buna qadirsən, Azərbaycan əsgəri! Biz tələbələr qürurla, sevgilərlə sizin qazanacağınız qələbədən danışacağıq!

Hüsniyyə İDRİSOVA, BSU-nun II kurs tələbəsi