Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2018 10:49

Anım günü inam üçündür

İşğal hər bir azərbaycanlının ağrı-acısıdı, könül qubarıdı. Onu heç kim unutmur, unutmayacaq. Qubadlının işğalı da unudulmayacaq. Azərbaycan əsgəri onu işğaldan azad edən gün unudacaq.
Qubadlı 1993-cü il avqustun 31-də işğal edilib. Bu işğal rayonun əhalisini olmazın müsibətlərə düçar edib. Rayonun mərkəzində də, kəndlərində də evlər yerlə-yeksan olub, nə qədər tarixi abidələr dağılıb. Döyüşlərdə onlarla qubadlılı şəhid olub. O şəhidlərin ruhu da qələbə gününün tezləşməsinin intizarındadı...
Mən tələbəyəm. Qubadlının işğalı mənim yaşımdan böyükdür. Bu işğalla bağlı oxuduqlarım, eşitdiklərim qəlbimi göynədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi bir kəlamı işğalçı dövlət unutmamalıdır: "Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək". Biz tələbələr də ordumuza inanırıq, güvənirik. İnanırıq ki, torpaqlarımız işğaldan azad ediləcək, Qubadlı da Cocuq Mərcanlı kimi yenidən qurulacaq. İşğalın anım gününü bu inamla xatırlayırıq...

Hüsniyyə İDRİSOVA, BSU-nun II kurs tələbəsi