Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Avqust 2018 09:38

“Torpaqlarımızı işğaldan azad edəcəyik!”

Hər şəkil bir anın tarixidi. Bu şəkil də tarixdi. Azərbaycan əsgərinin hərbi xidmətinin bir anı nələr deyir?!
"Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır". Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin qürurla dediyi bu kəlam hərbçilərimizin də, ictimaiyyətin də milli ruhunun ifadəsidir; bu ordu 2016-cı ilin aprelində böyük zəfər qazandı. Bu ordu Günnüt qələbəsini tarixləşdirdi. Bu ordu Ali Baş Komandanının əmriylə torpaqlarımızı işğaldan azad etməyə qadirdir. İyunun 26-da Bakıda keçirilən parad da bu əminliyin təsdiqi oldu. Paradı izləyənlər o qüruru indi də yaşamaqdadır. Paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin güvənlə, əminliklə dedikləri Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığında mühüm amil olmaqla tarixləşdi: "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək".
Bu əminlik Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu daha da artırdı. Əsgərlər asudə vaxtlarında hərbi paradın möhtəşəmliyini, əminliklə deyilənləri xatırlayır, ölkə başçısının nəzərdə tutduğu paradda iştirak etməyi arzulayır. Həmin parad Böyük Qələbənin paradı olacaq. Əsgərlər Böyük Qələbəni qazananların sırasında olmaq niyyətindədi. Azərbaycan əsgərinin hərbi xidmət amalı həmin paradın tezləşməsi ilə bağlıdı. Əsgərlər bu haqda söhbətlə\şir, şübhəsiz. Vətəndən, torpaqdan, qələbədən danışırlar.
Son illərdə həyata keçirilən irimiqyaslı islahatlar, orduya diqqət və qayğı, yeni hərbi hissələrin inşa edilməsi şəxsi heyətin istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığına əsaslı təsir göstərib. Genişmiqyaslı təlimlər də təsdiqləyir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə qadirdir. Əsgərlər bu haqda söhbətləşir...
Əsgərlər Qarabağ müharibəsindən, şəhidlərdən, qəhrəmanlardan danışır; qəhrəmanlıq milli ruhumuzun ayrılmaz tərkib hissələrindəndir. Yusif Mirzəyevi, Şirin Mirzəyevi, Vəzir Orucovu, Mübariz İbrahimovu, Samid İmanovu, Raquf Orucovu, ..., Çingiz Qurbanovu,... xatırlayırlar. Bu xatırlama ehtiramdı. Bu xatırlama şəhidlərə, şəhidliyə iki əsgərin timsalında Azərbaycan əsgərinin ehtiramıdı. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının səviyyəsi həm də belə xatırlamalarla bağlıdı...
Azərbaycan əsgəri yüksək döyüş əzmiylə, dönməz qələbə ruhuyla xidmət edir. Əsgərlər "Torpaqlarımızı işğaldan azad edəcəyik" inamıyla söhbətləşir...

"Azərbaycan Ordusu"