Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Avqust 2018 09:37

Kursantlar tarixi-mədəni abidələrdə ekskursiyada olublar

Əlahiddə Ümumqoşun Orduda qoşun təcrübəsi keçən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli, tarixi-mədəni yerlərində və muzeylərində olublar. Kursantlar Heydər Əliyev Muzeyini, "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksini, Xatirə Muzeyini, Naxçıvanqala Tarix Memarlıq Muzey Kompleksini, Dövlət Bayrağı Muzeyini, Duzdağ Fizioterapiya Mərkəzini ziyarət edərək zəngin təəssüratlar əldə ediblər. Həmçinin, rayon mərkəzlərindəki tarix-diyarşünaslıq muzeyləri, eləcə də tarixi abidələr ziyarət edilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantları Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissə və bölmələrində şəxsi heyətin sosial-məişət şəraiti, səngər və mövqelərdə aparılan döyüş növbətçiliyi ilə yaxından tanış olublar.

Nəriman NƏCƏFOV, “N” hərbi hissəsi