Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyul 2018 09:41

“Azərbaycan Ordusu qalib gələcək”

Salyan rayonunda anadan olan zabit Ramiz Hüseynovun hərbçi olmaq arzusu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil almasına səbəb olub. Cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində xidmət edən zabit söhbət zamanı bildirdi ki, Azərbaycan Ordusu və onun şəxsi heyəti yüksək döyüş hazırlığına malikdir, istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. “Ona görə ki, hər bir hərbi qulluqçu üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır. Hər zaman tabeçiliyimdə olan şəxsi heyətə məşğələlər, dərslər keçərkən həm təhsil illərində qazandığım bilik və səriştələrdən, həm də hərbi xidmətdə əldə etdiyim təcrübələrdən yararlanıram. Şəxsi heyətə keçirilən sıra hazırlığı məşğələsi nəzəri bilikdən çox təcrübə tələb edir. Bu məqsədlə çalışıram ki, keçdiyimiz sıra hazırlığı məşqləri səmərəli keçsin və şəxsi heyət ondan nə isə öyrənə bilsin. Çünki yüksək hazırlıqlı əsgər döyüşdə düşməni məhv etməyə və qələbə qazanmağa qadir əsgər olacaq.”
Zabit onu da qeyd etdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti istənilən döyüşdə xalqına qələbə sevinci bəxş etməyə tam hazırdı: "Azərbaycan Ordusu bu gün dünyada güclü ordular sırasındadır. Bunun üçün 100 illik uzun bir yol keçmişik. 100 illik zaman kəsiyindən sonra deməyə haqqımız çatır ki, Azərbaycan Ordusu işıqlı yolla irəliləyir. Aparılan islahatlar, ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması, kadr dəyişiklikləri, ordumuzun daha da güclənməsi, qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi bunu deməyə əsas verir. Aprel döyüşləri dediklərimizi sübut etdi.”
Vətənə keşik çəkən igid əsgər və zabitlərimiz, yüksək döyüş imkanlarına, müasir silah və texnikalara malik olan ordumuz, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyən peşəkar hərbçilərimiz var. Məhz onların sayəsində son sözü Azərbaycan Ordusu deyəcək. Ali Baş Komandanımız İlham Əliyevin "Azərbaycan heç vaxt işğalla barışmayacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək" sözləri də bunun təsdiqidir. Azərbaycan Ordusu qalib gələcək!

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"