Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyul 2018 12:06

Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş üzgüçülük estafeti

Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş üzgüçülük üzrə estafeti keçirildi. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşlığı ilə keçirilən yarışda Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin və Su İdmanı Sarayının hər biri 14 idmançı ilə təmsil olunurdu.
İştirakçılar Böyük Zirə adasından Dənizkənarı Park arasında 10 kilometr məsafədə 8 nöqtəni qət etdilər.
Yarışdan sonra təntənəli mükafatlandırma mərasimi təşkil olundu.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsilə başlandı. Nəticələrə əsasən 1-ci yerə Daxili İşlər Nazirliyinin, 2-ci yerə Su İdmanı Sarayının, 3-cü yerə Dövlət Sərhəd Xidmətinin, 4-cü yerə Müdafiə Nazirliyinin, 5-ci yerə Dövlət Təhlükəsizlik Xidmətinin, 6-cı yerə Fövqəladə Hallar Nazirliyinin idmançıları layiq görüldülər. Gənclər və İdman naziri Azad Rəhimov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və başqaları medal və diplomları sahiblərinə təqdim etdilər.
Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi fəxri fərmanlarla təltif edildilər.
Tədbir xatirə şəkillərinin çəkilməsindən sonra başa çatdı.
Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"