Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyul 2018 12:06

Ermənilər Günnüt kəndi istiqamətində təxribata əl atıb

İşğaldan azad edilmiş Günnüt kəndi istiqamətində erməni silahlı birləşmələri növbəti təxribata əl ataraq gecə saatlarından səhərədək açılan atəşlərlə yeni əldə etdiyimiz ərazilərimizi yandırmağa çalışıblar, lakin külək Ermənistan istiqamətinə əsdiyinə görə baş verən yanğın sadə erməni kəndlilərinin təsərrüfatına ziyan vurub.
Erməni kriminal rejimi və hərbi dairələrinin gecədən səhərədək törətdikləri təxribatlar nəticəsində kasıb erməni əhalisinin Günnüt kəndi yaxınlığındakı minbir zəhmətlə əkib-becərdiyi sahələrə od düşüb. Azərbaycan dəfələrlə bəyan edib ki, bizim hərbi gücümüz mülki erməni əhalisinə qarşı yönəlməyib. Azərbaycan əsgəri düşmənin təxribatlarına cavab olaraq nəzarətindəki ermənilərə məxsus buğda sahələrini yandırmaq imkanına malik olsa da, heç vaxt buna əl atmır. Qarşı tərəfdən fərqli olaraq Azərbaycan əsgəri çörəyə hörmət əlaməti kimi taxıl zəmilərini və digər təsərrüfat sahələrini yandırmır. Düşmən isə əksinə, təxribatlarından əl çəkmir. Əsgərlərimiz ərazilərimizdəki yanğını tamamilə söndürüblər. Eyni zamanda Azərbaycan əsgəri ermənilərə yanğının söndürülməsi üçün də şərait yaradıb. Əlahiddə Ümumqoşun Ordunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir və sadə erməni əhalisinin təsərrüfatlarına heç bir ziyan yetirmir. Törədilən təxribatların səbəbkarı erməni kriminal hərbi-siyasi rejimidir.
Nəriman NƏCƏFOV, “N” hərbi hissəsi