Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2018 09:39

“Ordunun gücü şəxsi heyətin mənəvi-psixoloji hazırlığı ilə tamamlanır”

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 illiyi, Mərkəzi Zabitlər Evinin yaradılmasının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, müxtəlif ictimai təşkilatların nümayəndələri və Mərkəzi Zabitlər Evinin şəxsi heyəti iştirak etdilər.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev toplaşanları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edərək bildirdi ki, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradılmasının 26-cı ildönümü Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 illiyi ərəfəsində qeyd olunur. “Ordunun gücü şəxsi heyətin mənəvi-psixoloji hazırlığı ilə tamamlanır. Bu gün ordumuz dünyanın ən güclü orduları sırasındadır. Yüksək döyüş qabiliyyətinə malik olan ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı da yüksəkdir. Bu istiqamətdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin də fəaliyyəti diqqət çəkir. Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq olaraq keçirilən kütləvi vətənpərvərlik tədbirlərində, "Açıq qapı" günlərində kollektivin ayrı-ayrı hərbi hissələrdə çıxışları şəxsi heyətin mənəvi-psixoloji hazırlığında mühüm əhəmiyyətə malik olur. Bu baxımdan yaradıcı kollektiv ordu quruculuğunda yaxından iştirak edir.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi beynəlxalq tədbirlərin iştirakçıları qarşısında da çıxış edir ki, bu da Azərbaycan incəsənətinin təbliği baxımından dəyərləndirilməlidir.”      
General-mayor Rasim Əliyev əminliklə bildirdi ki, Mərkəzi Zabitlər Evinin kollektivi bundan sonra da xidməti borclarını layiqincə yerinə yetirəcək, ordunun şəxsi heyətinin asudə vaxtının səmərəli təşkilində səylərini daha da artıracaqlar. Ön cəbhədə xidmət edənlər qədər fədakar olan bu kollektivə gələcək həyatlarında və işlərində uğurlar arzuladı.
Mərkəzi Zabitlər Evinin mədəni-kütləvi iş bölməsinin müdiri Gülxar Məmmədova öncə  qədim Azərbaycan dövlətlərinə nəzər saldı, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından, onun zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymasından, xalqın qəlbində azadlıq, istiqlal duyğularını gücləndirməsindən danışdı, bugünkü müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirdi.
Polkovnik Zülfüqar Abdullayev, ehtiyatda olan polkovniklər Cəlil Xəlilov və Mehdi Mehdiyev, Abiyat Ağadadaşova, Şahin Musaoğlu, Elşən Uluxanlı çıxışlarında  Azərbaycan Xalq Cümhuriyyətindən, Milli Ordunun yaradılmasından və fəaliyyətindən danışdılar, Mərkəzi Zabitlər Evinin kollektivinə təbriklərini çatdırdılar.
Mərkəzi Zabitlər Evinin şəxsi heyəti fəxri fərman və ordenlərlə təltif olundu.
Sonda Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi bir-birindən maraqlı rəqs və musiqi nömrələrindən ibarət konsert proqramı ilə çıxış etdi.
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu", fotolar Namiq PƏNAHOVUNDUR