Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2018 09:25

Hərbi hissədə aktyorlarla görüş

Bu gün Azərbaycan Ordusunda şəxsi heyətin asudə vaxtının səmərəli təşkili mühüm əhəmiyyət kəsb edir. Ona görə də hərbi hissələrin rəhbərliyi tərəfindən şəxsi heyətin günün nizam qaydasına uyğun olaraq asudə vaxtının təşkili məsələsinə xüsusi diqqət yetirilir. Son illərdə bu istiqamətdə aparılan işlər olduqca təqdirəlayiqdir. Mədəniyyət və incəsənət nümayəndələri vaxtaşırı, əlamətdar və bayram günlərində maraqlı, rəngarəng musiqili proqramlar ilə hərbi qulluqçularımızın qonağı olur, onların asudə vaxtlarının şən və əyləncəli keçməsinə şərait yaradırlar. Şou xarakterli proqramların şəxsi heyətə nümayiş etdirilməsi ilə onlara yüksək əhval-ruhiyyə, xoş ovqat bəxş edirlər.
Bu günlərdə Azərbaycan Dövlət Musiqili Dram Teatrının bir qrup aktyoru "N" hərbi hissəsində şəxsi heyətin qonağı oldu. Əməkdar artist Novruz Əliyevin rəhbərliyi ilə teatrın aktyor heyəti "Dörd bacının bir qardaşı" şou tamaşasını əsgər və zabitlərimizə nümayiş etdirdi. Şəxsi heyət şou tamaşanı böyük maraqla izlədi. Aktyorların canlı oyunu əsgər və zabitlərimizin alqışları ilə qarşılandı.
Sonda hərbi hissənin rəhbərliyi şəxsi heyətin asudə vaxtının səmərəli təşkilində yaxından iştirak etdiyinə görə teatrın rəhbərliyinə və yaradıcı kollektivinə minnətdarlığını bildirdi.

"Azərbaycan Ordusu"