Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2018 10:44

Qarnizonda toplantı keçirildi

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına əsasən, Naxçıvan qarnizonunda tabor, divizion komandirləri və onların müavinləri ilə komandir hazırlığı toplantısı keçirilib.
Toplantı zamanı şəxsi heyətin atəş, sıra və fiziki hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələri idarəetmə bacarıqları qiymətləndirilib, həmçinin taborun yerləşmə rayonunda mühəndis və maskalanma tədbirlərinin yerinə yetirilməsi, növbətçi güc və vasitələrin fəaliyyəti, mühafizənin, kəşfiyyatın, hava hücumundan müdafiənin, rabitənin, tibbi təminatın təşkili, artilleriya bölmələrinin, qida və sursat təminatı məntəqələrinin ərazidə yerləşməsi əyani olaraq göstərilib.
Toplantı çərçivəsində artilleriya bölmələri praktiki atışları icra ediblər.
Toplantıya cəlb edilmiş şəxsi heyətdən fiziki və taktiki hazırlıq, həmçinin topoqrafiya və rəhbər sənədlərin tələblərini bilmələri üzrə məqbullar götürülüb. İştirakçılar suallar üzrə bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar. Qaliblər mükafatlandırılmaları üçün yuxarı komandanlığa təqdim edilib.
Nəriman NƏCƏFOV, "N" hərbi hissəsi, foto əsgər Rauf ƏLƏSGƏROVUNDUR