Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Aprel 2018 09:49

Poliatlon çoxnövçülüyü üzrə Naxçıvan şəhər məktəbliləri arasında birincilik keçirilib

Əlahiddə Ümumqoşun Ordunun "N" hərbi hissəsində "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə Naxçıvan şəhər məktəbliləri arasında birincilik keçirilib.
Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Zaur Həmidov, Naxçıvan şəhər Təhsil Şöbəsinin nümayəndəsi Mahmud Kərimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinin nümayəndəsi leytenant Elxan Seyidov tədbirdə çıxış edərək belə yarışların keçirilməsinin yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini qeyd ediblər. Yarışın qaydaları diqqətə çatdırılıb, komandalara uğurlar arzulanıb.
Birincilikdə iştirak edən 9 tam orta məktəbin komandası poliatlon çoxnövçülük proqramına uyğun olaraq 100 və 2000 metr məsafəyə qaçış, turnikdə dartınma növləri üzrə yarışıblar. Yekun nəticələrə əsasən, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin komandası 1-ci yerə, 10 nömrəli tam orta məktəbin komandası 2-ci yerə, 14 və 17 nömrəli tam orta məktəblərin komandaları 3-cü yerə layiq görülüblər. Yer tutan komandalara təşkilatçıların diplom, fəxri fərman və kubokları təqdim edilib.
Qalib - 16 nömrəli tam orta məktəbin komandası 17 aprel 2018-ci il tarixdə keçiriləcək muxtar respublika birinciliyində Naxçıvan şəhərini təmsil edəcək. Ötən tədris ilində Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin komandası "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə şəhər, muxtar respublika və ölkə birinciliyinin qalibi olub.

Nəriman NƏCƏFOV, “N” hərbi hissəsi