Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Aprel 2018 09:44

“Aprel döyüşləri bizim şanlı tariximizdir”

Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Ordusunun 2016-cı ilin aprelində cəbhədə düşmən üzərində qazandığı qələbəyə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, "N" hərbi hissəsinin nümayəndələri  və aprel döyüşçüləri iştirak edirdilər.
 Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirdi ki, 2016-cı ilin martın sonlarında növbəti təxribata əl atan düşmən sərhədyanı yaşayış məntəqələrini və təmas xəttinin yaxınlığında yerləşən kəndlərin dinc əhalisini atəşə tutmağa başladı. “Komandanlıq əməliyyat şəraitini qiymətləndirdi və dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə desək, "Bu böyük parlaq qələbəni bizim gənc əsgər və zabitlərimiz qazandı, bütün xalq qazandı.”
Muzeyin tədqiqatçı elmi işçisi Sevər Həsənova "Aprel döyüşləri mətbuat səhifələrində" adlı məruzəsində həmin döyüşlər zamanı Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə kütləvi informasiya vasitələrinin sıx işgüzar əməkdaşlığından söhbət açdı.
Aprel döyüşlərinin iştirakçıları polkovnik Qadir Vəlişov, polkovnik-leytenantlar Eldəniz Sadıqov, Vüqar Abduləzimov və digərləri Azərbaycan Ordusunun zabitlərinin, gizirlərinin, əsgərlərinin qəhrəmanlıqlarından, döyüş xatirələrindən danışdılar.
Tədbir aprel döyüşlərində Azərbaycan Ordusunun qəhrəmanlığından bəhs edən filmin nümayiş olunması və vətənpərvərlik haqqında mahnıların oxunması ilə sona çatdı.

Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"