Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2018 10:22

“Asan könüllülər” hərbi hissədə olublar

"Asan könüllülər" təşkilatı "Mədəniyyət carçıları" "Əsgərə məktub" layihəsi çərçivəsində "N" hərbi hissəsində olublar.
"Əsgərə məktub" layihəsi çərçivəsində Bakı şəhəri Asan xidmət 1 və Bərdə şəhəri Asan xidmət könüllüləri, "Asan könüllüləri" təşkilatının üzvləri, "Mədəniyyət carçıları" proqramının nümayəndələri hərbi hissə ilə tanış olublar. Ekskursiya çərçivəsində qonaqlar əsgər yeməkxana-camaşırxana kompleksinə, kazarmalara baxıblar. Hərbi qulluqçuların necə qidalanması, yeməklərin hazırlanması, asudə vaxtın necə təşkil olunması ilə maraqlanıblar. Müasir standartlara cavab verən ideoloji otaq, idman alətləri ilə təmin olunmuş zal gənclərin diqqətini çəkib. 
Ekskursiyadan sonra "Asan könüllülər" təşkilatının "Mədəniyyət carçıları" konsert proqramı ilə əsgərlərin qarşılarına çıxıblar. Mərasimi giriş sözü ilə açan polkovnik-leytenant Elşən Vəliyev qonaqları salamlayıb: "Əsgərə məktub” layihəsi alqışa layiqdir. Biz bu məktublarla xalqımızın bizə necə inandığını, güvəndiyini hiss edirik. Azərbaycan hərbçisi olaraq ciynimizdə daşıdığımız bu yükün məsuliyyətini anlayırıq. İşğal altında olan torpaqlarımızı qısa zamanda azad edəcəyimizə əminik", - deyə fikrini yekunlaşdırıb.
Kapitan Azad Cəfərov və əsgər Azər Həsənov da çıxışlarında bu missiyanın gərəkliyindən danışıblar. Məktəblilərin və tələbələrin əsgərlərə yazdığı məktublar paylanılıb. 
Polkovnik-leytenant Elşən Vəliyev ünvan yazılmış məktublara əsgərlər tərəfindən cavab yazılacağını bildirib.

Xəyal İBRAHİMZADƏ, “N” hərbi hissəsi,
fotolar Aslan KAMAYEVİNDİR