Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2018 10:22

“Dünyanı gözəllik xilas edəcək”

Dərin mənaları əks etdirən "Dünyanı gözəllik xilas edəcək" - fikrini xatırlayıram. Gözəllik sadəcə xarici görkəm deyil. Daxili saflıq, xoş niyyət və xasiyyət əvəzsiz gözəlliklərdəndir. Qadınlar yer üzünə bəxş olunmuş ən üstün varlıqlardır. Nə qədər zərif görsənsələr də, bir o qədər güclü və dözümlüdürlər.
Hərbçi qadınlar da məhz belədir. Onlar bu peşənin çətinliyindən qorxmamış və əsl Azərbaycan qadınına xas bir şəkildə öz şücaətlərini nümayiş etdirmişlər, etdirirlər. Qadınlar Silahlı Qüvvələrdə tədris, tibb, kadr, kargüzarlıq, arxa cəbhə, kəşfiyyat və digər sahələrdə hərbi xidmətdədilər. Hazırda Silahlı Qüvvələrdə baş zabit hərbi rütbələrinə kimi yüksələ bilən qadın hərbi qulluqçular xidmət edir. Ağıllı bir qadın xəzinədir, ağıllı və gözəl qadın gücdür. Vətənimizdə ana və torpaq müqəddəs varlıq kimi bir tutulmuşdur. İstər hərbçi, istərsə də mülki qadınlar şəraitlərindən asılı olmayaraq daim diqqət və qayğıyla əhatələnirlər.
Ən mühüm təşkilatlarda, ən möhtəbər toplantılarda belə qadınlar kişilərlə bir sıradadır. Salatın Əsgərovanı necə xatırlamayasan? Vətəninin qorxmaz əsgəri olan, onun dərdinə yanan, Vətənə daha yaxın olmaq üçün səngərdə əsgərlərlə çiyin-çiyinə xidmət edən, şəhid olan Salatın Əsgərovanı. Onun həyat amalı özündən sonra gələn gənc nəsil üçün örnək oldu. Bizim tarix boyu mərd və şücaətli qəhrəman qadınlarımız çox olub... Mərd olduğu qədər də öz ağılları ilə böyük şahları heyrətləndiriblər. Fitnə, Nüşabə, Sara xatın...
Sadəcə 8 Mart günü deyil, elə hər gün qadınlar üçün bayram olmalıdır. Çünki məhz analar sabahın güclü Azərbaycan əsgərinin anasıdır!

Hüsniyyə İDRİSOVA, BSU-nun I kurs tələbəsi