Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2017 09:40

Minnətdarlıq

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı son illər əsaslı təmir edilib, təchizatı gücləndirilib. Ordu sıralarından ehtiyata buraxılsam da, bu barədə geniş məlumata sahib idim. Bu yaxınlarda ürəyimdə yaranan narahatlıqla bağlı bu tibb müəssisəsinə müraciət etməyim əbəs deyildi.  Çünki Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ürək-damar şöbəsi və savadlı həkimləri haqqında məlumatım vardı.
Tibbi personal məni müayinə edərək ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası diaqnozunu müəyyən etdilər. Dərhal əməliyyat olunmağımı məsləhət gördülər. Dekabrın 12-də dünyaşöhrətli ürək cərrahı Anar Əmrah və onun tibbi personalı üzərimdə açıq ürək əməliyyatı həyata keçirdilər. Hazırda ev şəraitində müalicəmi davam etdirirəm və özümü çox yaxşı hiss edirəm. Sağlamlığımın bərpasında əməyi olan fədakar tibb işçilərini heç zaman unutmaram.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının kollektivinə, başda Anar Əmrah olmaqla, ürək-damar mərkəzinin tibbi personalına qəzetiniz vasitəsilə təşəkkür edib, dərin minnətdarlığımı bildirirəm.

Elbrus DADAŞOV, ehtiyatda olan polkovnik-leytenant