Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2017 09:37

Həmrəylik Gününə həsr olunmuş şahmat turniri

C.Naxçıvanski adına Hərbi Liseydə 31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş hərbi və mülki qulluqçular arasında şahmat birinciliyi başlanıb. Bu münasibətlə keçirilən mərasimdə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini ifa etdilər.
Hərbi liseyin idman rəisi Fərhad Əliyev çıxış edərək bildirdi ki, 31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımız üçün çox əlamətdardır. “Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də yer kürəsində yaşayan yurddaşlarımız arasında həmrəyliyin, birliyin yaradılmasına nail olmasıdır. Ulu Öndərin bu sahədə başladığı böyük işlər hazırda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. İndi bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlını birləşdirir. Bu əlamətdar gün ərəfəsində biz də şahmat birinciliyinin keçirilməsini qərara aldıq. Ümid edirik ki, bu yarış bizi bir-birimizlə daha da həmrəy edəcək. İştirakçıların hər birinə uğurlar arzulayıram."
Şahmat turniri bir neçə gün davam edəcək və qaliblər komandanlıq tərəfinfən mükafatlandırılacaq. 

Vahid MƏHƏRRƏMOV
C.Naxçıvanski adına Hərbi Lisey