Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2017 09:36

Yeni il şənliyi

Həmrəylik Günü xalqımızın birlik və həmrəyliyinin təcəssümüdür. Sürətlə inkişaf edən müstəqil Azərbaycan bütün dünyada yaşayan soydaşlarımız üçün müqəddəs Vətəndir. Həmvətənlərimiz azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edirlər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ölkəmizin hər bir yerində olduğu kimi hərbi hissələrimizdə də yüksək ovqatla keçirilir. Belə tədbirlərdən biri də dekabrın 28-də Silahlı Qüvələrin Təlim və Tədris Mərkəzinin klubunda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları, mülki işçilər və onların ailə üzvləri iştirak edirdilər. Həmçinin tədbirə Şaxta baba və Qar qız dəvət olunmuşdu. Şənlikdə "Nağıllar aləminə səyahət" adlı musiqili tamaşa nümayiş etdirildi, rəngbərəng işıqlarla bəzədilmiş yolka ətrafında uşaqlar üçün əyləncəli oyunlar təşkil olundu.
Sonda balacalara hədiyyələr verildi.

O.ƏLİNİYAZOĞLU, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR