Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Dekabr 2017 09:18

“Ürəyim Vətən üçün döyünür”

Bakı şəhərində  dünyaya göz açmışam. Orta məktəbi əla qiymətlərlə başa vurub Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuşam. Ali təhsilimi xarici ölkələrin birində davam etdirdim. Harada olsam da qəlbim hər zaman Vətənlə döyünüb. Vətən üçün darıxmışam. Dünyada Azərbaycan adlı məmləkətdən gözəl bir diyar tanımıram. Hər kəsə doğulub böyüdüyü, ilk addımlarını atdığı torpağı, Vətəni əzəzdir. Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı, - deyiblər. Azərbaycan da bizim doğma Vətənimiz, anamızdır. Onun ərazi bütövlüyü uğrunda canımızdan keçməyə hər zaman hazırıq. Bu gün  Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzda xidmət edən hər bir əsgər və zabitin ən böyük arzusu düşmən tapdağında qalan torpaqlarımızı azad etməkdir. Məhz bu istəklə çırpınır onların ürəyi. Bu arzu, bu istək mütləq gerçəkləşəcək. Və o zaman xalqımız qüdrətli, nizami ordusi ilə sözün əsl mənasında qürur duyacaq. Düşmən üzərində qələbə qazanmaq ən böyük haqqımızdır...
Mən də Vətənimə övladlıq borcumu verməyə gəldim. Əsgər formasını əynimə geydiyim ilk gün həyatımın ən yadda qalan, unudulmaz günlərindəndir. Xidmətə başladığım vaxtdan hərbi vərdişlərə yiyələndim. Vəzifə borcumu,  verilən tapşırıqları məsuliyyətlə yerinə yetirdim. Xidmət etdiyim müddətdə şərəfli əsgər adını daim uca tutdum. Komandirlərimin, əsgər yoldaşlarımın etibarını qazandım. Hərbi xidmətimin başa çatmasına az vaxt qalıb.
Vətənim Azərbaycana layiqincə xidmət etdiyimə və içdiyim hərbi anda həmişə sadiq qaldığıma görə valideynlərimin, doğmalarımın yanına alnıaçıq, başıuca qayıdacam. Əsgər mundirimi hərbi xidmətdən xatirə olaraq saxlayacam. Saxlayacam ki, sabah Ali Baş Komandanın səfərbərlik əmri olarsa, yenidən  ordu sıralarına qayıdım və onu əynimə geyinib Vətənimizin müdafiəsində dayanım...

Əsgər Firudin MÖVSÜMOV,
"N" hərbi hissəsi