Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Dekabr 2017 09:17

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəhid pilota həsr olunan film nümayiş etdirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəhid mayor Urfan Vəlizadəyə həsr olunmuş film nümayiş etdirilib. Tədbirdə şəhidin ailə üzvləri, doğmaları, hərbçi yoldaşları, şəhid ailələrinin, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi" İctimai Birliyi tərəfindən "Azərbaycan Bayrağı" ordenli şəhid mayor, Hərbi Hava Qüvvələrinin zabiti Urfan Üzeyir oğlu Vəlizadənin həyat və döyüş yolu haqqında "VƏTƏN SAĞ OLSUN" sənədli filmi nümayiş etdirilib.
Əsgər ailələrinə Dəstək İctimai Birliyinin sədri, layihənin məsləhətçisi Mətanət Əsgərqızı çıxış edərək filmin çəkilişlərində göstərilən köməyə və bu görüşün təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra film göstərilib. 24 dəqiqəlik filmdə şəhidin həyat yolunu əks etdirən fotoşəkillər, videogörüntülər əks etdirilib.
Sonda şəhidin həyat yoldaşı Könül Vəlizadə və qardaşı Vidadi Vəlizadə çıxış edərək Müdafiə Nazirliyinin rəhbərliyinə onların ailəsinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Onlar əminliklə qeyd ediblər ki, günbəgün döyüş hazırlığını artıran Azərbaycan Ordusu torpaqlarımızı tezliklə işğaldan azad ediləcəkdir.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR