Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Dekabr 2017 09:12

“Gücümüz birlikdədir!” mövzusunda rəsm müsabiqəsi keçirilib

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyevin müvafiq əmrinə əsasən, mənəvi-psixoloji hazırlıq işinin əsas tərkib hissəsi sayılan mədəni-asudə işin təşkili, şəxsi heyətin mədəni-maarif tərbiyəsinin gücləndirilməsi, nümunəvi xidmətin və qabaqcıl təcrübənin təbliği məqsədilə Silahlı Qüvvələrdə qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik və birləşmələrdə "Gücümüz birlikdədir" mövzusunda rəsm müsabiqəsi keçirilib.
Dekabrın 22-də Müdafiə Nazirliyinin Hərb Tarixi muzeyində "Gücümüz birlikdədir" rəsm müsabiqəsinin 2-ci mərhələsi keçirildi. Sərgini açıq elan edən Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti polkovnik-leytenant Əfqan Əliyev orduda şəxsi heyətin asudə vaxtının təşkil edilməsində belə tədbirlərin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, bu cür tədbirlər bölgələrdə də təşkil edilir və şəxsi heyətin dərin marağına səbəb olur.
Rəssamlıq studiyasının rəisi Natiq Camal Əfşar çıxışında bildirdi ki, rəsmlər yaradıcı şəkildə hazırlanıb. "Düzü mən bu şəkillərə rəssam kimi yox, kənardan bir şəxs kimi baxsam heç bir zaman bilmərəm ki, bunlar əsgər tərəfindən yaradılan əsərlərdi, həqiqətən sənətin belə layiqli davamçıları olduğu üçün fəxr edirəm. İnanıram ki, əsgərlərimiz əsərlərində tezliklə Qələbə günümüzü də əks etdirəcəklər".
3 mərhələdə keçirilən müsabiqədə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Həmid Behbudlunun, "N" hərbi hissəsinin əsgəri Elnur Şirinovun və Hərbi Dəniz Qüvvələrinin matrosu Seymur Bayramlının əl işləri qiymətləndirildi.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"