Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Dekabr 2017 10:30

Əsgərlər tarixi filmlərə maraqla baxdılar

Müdafiə Nazirliyinin təsdiq etdiyi rlana əsasən, "N" hərbi hissəsində gənc əsgərlərin vətənrərvərlik ruhunun yüksəldilməsi, milli-mənəvi dəyərlərin öyrənilməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir.
Gənc əsgərlər qısa müddətdə ordu həyatına alışmaqla, Vətənin etibarlı müdafiəçiləri kimi formalaşmağa səy göstərirlər. Bu sırada mədəni-kütləvi tədbirlərin keçirilməsi ənənə halını alıb. Polkovnik-leytenant Rüstəm Məmmədov bildirdi ki, gənc əsgərlərin mənəvi-rsixoloyi hazırlıq səviyyəsinin yüksəldilməsi üçün onlara qədim keçmişimizdən, mədəniyyətimizdən, xalqımızın keçdiyi qəhrəmanlıq yolundan və müstəqillik tariximizdən ətraflı məlumatlar verilir. Əsas məqsəd şəxsi heyətimizin mərd, mətin, Vətən müdafiəçisi olmaqla, gələcəyin fəal qurucuları kimi formalaşdırılmasıdır.
Hərbi hissədə keçirilən kino nümayişi günləri də şəxsi heyət tərəfindən rəğbətlə qarşılanır. Bir neçə gündür ki, xalqımızın azadlıq mübarizəsindən, qəhrəmanlıq tariximizdən bəhs edən filmlər nümayiş etdirilib. Əsgərlər "Babək", "Koroğlu", "Üeddi oğul istərəm", "Bəxtiyar", "Böyük dayaq" və başqa flimlərə böyük maraqla baxıblar.
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin səyyar şöbəsinin böyük kitabxanaçısı Elnarə Hüseynova söhbətimizdə bildirdi ki, növbəti günlərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun həyat və döyüş yolundan bəhs edən və kinoreyissor Rasim İsmayılovun çəkdiyi "Sizi dünyalar qədər sevirdim", yazıçı Sabir Rüstəmxanlının "Ölüm zirvəsi" romanının motivləri əsasında Rövşən Almuradlının reyissorluğu ilə çəkilən "Cavad Xan", Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə ittaf olunmuş "Müqəddəs zirvə" və reyissor Tofiq Tağızadənin Böyük Vətən müharibəsindən bəhs edən "Uzaq sahillərdə" flimləri nümayiş etdiriləcək.
Mübariz MUSAÜEV, "Azərbaycan Ordusu"