Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2017 12:04

Təkmilləşdirmə kursu başa çatıb

Əlahiddə Ümumqoşun Orduda zabit heyətinin təkmilləşdirilməsi kursunu müvəffəqiyyətlə bitirən zabitlərin növbəti yuxarı vəzifələrə təyin olunmaları  münasibətilə buraxılış mərasimi keçrilib.
Buraxılış mərasiminə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Zabitlərdən Mənsim Əhmədov çıxış edərək bildirib ki, Əlahiddə Ümumqoşun Orduda peşəkar hərbçilərin hazırlanmasına xidmət edən kurslar uğurla icra olunur. “Bu kursları bitirən məzunlar Vətənimizin müdafiəsində peşəkar döyüşçü kimi dayanır, vəzifələrinin öhdəsindən layiqincə gəlirlər”.
Mərasimdə məzunlar adından kapitan Amil Tağıyev çıxış edərək bildirib ki, işğalda olan torpaqlarımızı azad etməyə və şəhidlərimizin qisasını almağa hər an hazırıq. "Bunu təmin etmək üçün zabit heyətinin təkmilləşdirilməsi kursunda  əldə etdiyimiz taktiki bilikləri uğurla tətbiq edəcək və bizə öyrədilənləri daim rəhbər tutacağıq”.
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini -Əlahiddə Ümumqoşun Ordu Komandanı general-leytenant Kərəm Mustafayev kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edib, hərtərəfli döyüş və kadr hazırlığından danışıb. Ordu komandanı bildirib ki, oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi Günündə Naxçıvanda ilk milli hərbi hissənin yaranmasının 25-ci ildönümünə həsr edilmiş hərbi paradda ordumuzun gücü bir daha nümayiş etdirilib.
Məzunlara sertifikatlar təqdim edilib. Kurs birincisi tərəfindən yaş kötüyünə buraxılış emblemi vurulub.
Zabit heyətinin təkmilləşdirilməsi kursunu uğurla başa vuranların ixtisaslarına uyğun yuxarı vəzifələrə təyin olunmaları ilə bağlı əmr oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.
Sonda məzunlarla xatirə şəkli çəkdirilib.

Nəriman NƏCƏFOV,
foto  əsgər Rauf ƏLƏSGƏROVUNDUR