Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Noyabr 2017 09:38

Təlim toplantısı uğurla başa çatıb

2017-ci ilin döyüş hazırlığı planına əsasən, Əlahiddə Ümumqoşun Orduda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin gənc məzunları hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilən zabitlərlə təlim toplantısı keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki sinif otaqlarında və müxtəlif trenajorlarda şəxsi heyətin sürücülük və atış qabiliyyəti sınaqdan çıxarılıb. Toplantıya cəlb edilmiş zabitlərin virtual təlim meydançasında qazandıqları biliklər real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilib.
Təlim mərkəzində müxtəlif maneələrin dəf edilməsi, eləcə də desant hazırlığı, praktiki atışlar, müxtəlif  ixtisaslar üzrə dərs və məşğələlər keçirilib, zabitlərdən məqbullar götürülüb. Əsas diqqət zabitlərin taktiki biliklərinin, qərar qəbul etmək bacarıqlarının artırılmasına yönəldilib.
Gənc zabitlərin Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerlərinə və muzeylərinə ekskursiyaları təşkil olunub. Həmçinin onlar Əlahiddə Ümumqoşun Ordunun ön xətdəki düşmənlə üz-üzə mövqelərində şəxsi heyətin sosial-məişət, xidmət şəraiti ilə tanış olublar.
Təlim toplantısının yekununda Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun komandanı general-leytenant Kərəm Mustafayev əldə olunan nəticələri yüksək qiymətləndirib və gənc zabitlərə xidmətlərində uğurlar arzulayıb.

Nəriman NƏCƏFOV, “N” hərbi hissəsi