Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq zirehli transportyorlar (ZTR) və digər təkərli döyüş maşınlarının ekipajlarının döyüş hazırlığı yüksəldilir.
Ümumqoşun poliqonlarının təlim nöqtələrində ZTR ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirirlər.
Təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.