Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Oktyabr 2021 17:35

“Zəfər yarmarka”sında hərbi texnika nümayiş olunur - VİDEO

Zəfər günü ilə əlaqədar Dənizkənarı bulvar ərazisində keçirilən “Zəfər yarmarka”sında Azərbaycan Ordusunun silahlanmasında olan bir sıra silah, texnika və PUA nümunələri, eləcə də müxtəlif təminat növləri nümayiş etdirilir.
Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olunur.
Yarmarkada Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin “Əsgərə məktub” layihəsi qonaqlar tərəfindən maraqla qarşılanıb və onlar həvəslə Vətən keşiyində duran Azərbaycan əsgərinə sevgi dolu məktublar yazıblar.
Qeyd edək ki, Azərbaycan Ordusunda zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək üçün təhsil müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumatların əks olunduğu bukletlər yarmarkaya təşrif buyuran vətəndaşlara paylanılacaq.