Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2020 14:00

Yeni tədris dövrü ərəfəsində qoşunların hazırlığı yoxlanılır

Müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik, birləşmə və hissələrinin yeni tədris dövrünə hazırlığını yoxlamaq məqsədilə kompleks tədbirlərə başlanılıb.
Yoxlamanın əsas məqsədi hazırlıq dövrü üçün tədbirlər planının icrasının effektivliyini müəyyən etməkdir.
Bir həftə ərzində qərargahların qoşunların idarəedilməsi üzrə fəaliyyəti, döyüş və xüsusi texnikanın imkanları, qoşun xidmətinin aparılması, hərbi hissələrin tədris-maddi bazası, o cümlədən poliqonlar, təlim mərkəzləri, tankodromlar və digər hərbi obyektlərin yeni tədris dövrünə hazırlığı yoxlanılacaq. Bundan əlavə rəhbəredici və digər normativ sənədlərin tələblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi, həmçinin döyüşə hazırlıq vəziyyəti yoxlanılacaq və bir sıra digər tədbirlər yerinə yetiriləcək.