Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2024 13:25

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlər davam edir

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunda keçirilən tədbirlər davam edir.
Müdafiə Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun hərbi hissələrinin, eləcə də Milli Müdafiə Universiteti və nəzdində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində ağacəkmə aksiyaları keçirilib.
Hərbi qulluqçuların, ekokönüllülərin, professor-müəllim heyətinin, kursant və şagirdlərin iştirakı etdiyi aksiyalarda təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə müxtəlif növ ağac və gül kolları əkilib, abadlıq işləri aparılıb.