Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2022 17:42

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı keçirilən görüşlər başa çatıb

Müdafiə Nazirliyində yaradılan təşviqat qrupu tərəfindən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları haqqında təbliğat və izahedici məlumatların çatdırılması məqsədilə respublikanın ümumtəhsil orta məktəblərində şagirdlər, valideynlər və müəllimlərlə keçirilən görüşlər yekunlaşıb.
Keçirilən görüşlərdə məktəblilər arasında hərbi vətənpərvərlik ruhunun, eləcə də milli mənlik şüurunun təbliği və aşılanması işinin ən yüksək səviyyəyə çatdırılmasında Müdafiə və Təhsil nazirliklərinin birgə fəaliyyətinin mühüm aspektlərindən danışılıb. Zabit peşəsinə marağın artırılmasına, hərbi vətənpərvərlik işinin orta təhsil müəssisələrində daha da səmərəli təşkilinə dair fikir mübadiləsi aparılıb, hərbi rəhbərlərin təklifləri və istəkləri qeydə alınıb.