Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2020 17:12

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı bölgələrdə görüşlər keçirilir - VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydalarının ictimaiyyətə çatdırılması məqsədilə Müdafiə Nazirliyində yaradılan təşviqat qrupu bölgələrdə şagirdlər, valideynlər və müəllimlərlə görüşlər keçirir.
Görüşlərdə zabit peşəsinə marağın aşılanması, hərbi-vətənpərvərlik işinin orta təhsil müəssisələrində daha da səmərəli təşkilinə dair fikir mübadiləsi aparılır, hərbi rəhbərlərin təklifləri və istəkləri qeydə alınır.
Müdafiə Nazirliyinin zabitləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Hərbi Tibb Fakültəsinə, Heydər Əliyev və Cəmşid Naxçıvanski adına hərbi liseylərə qəbul qaydaları haqqında ətraflı məlumat verərək məktəblərin təminatından, sosial-məişət şəraitindən danışıblar.
Görüşlərdə hərbi məktəblər haqqında videoçarxlar və hərbi-vətənpərvərliyə dair filmlər nümayiş etdirilib, qəbulla bağlı suallar cavablandırılıb.