Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 May 2020 09:55

Xüsusi təyinatlı təhsil müəssisələrinə elektron ərizələrin qəbulu başlayır

Mayın 12-dən Müdafiə Nazirliyinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə elektron ərizələrin qəbulu başlayır.
Qəbulun ilk mərhələsində abituriyentlər mayın 12-dən iyunun 5-dək Dövlət İmtahan Mərkəzinin saytında (dim.gov.az) qeydiyyatdan keçərək elektron ərizələrini təsdiq etdirməlidirlər.
Elektron ərizəni təsdiq etdirmiş vətəndaşlardan ad, soyad və ata adını, ərizənin tarixi və nömrəsini, faktiki yaşadıqları ünvanı və daimi əlaqə saxlanılması mümkün olan 2 telefon nömrəsini müvafiq olaraq aahm@mod.gov.azherbi-tibb@mod.gov.az elektron ünvanlarına göndərmələri xahiş olunur.
Qəbulla bağlı əlavə məlumat Müdafiə Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək.