Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2016 09:00

Xocalı soyqırımının ildönümü Silahlı Qüvvələrdə keçiriləcək silsilə tədbirlərdə anılacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Silahlı Qüvvələrdə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Təsdiq edilmiş plana əsasən tədbirlər bir sıra şəhər və rayonları, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrini, mərkəzi və qarnizon zabitlər evlərini, klub və kitabxanları əhatə edir.
İctimai-siyasi hazırlıq dərslərində "26 fevral - Xocalı soyqırımı" mövzusunda tədbirlərin təşkili, ilk dərslərin qanlı hadisəyə həsr edilməsi, konfrans və "dəyirmi masa"ların, ədəbi-bədii gecələrin, sərgilərin, faciə qurbanlarının ailə üzvləri ilə görüşlərin keçirilməsi, milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlərin, tamaşaların nümayişi də nəzərdə tutulub.
Tədbirlər planına əsasən Goranboy rayonu icra hakimiyyəti ilə birlikdə "Xocalı qisasa çağırır bizi" devizi altında faciə qurbanlarının və "Qızıl ulduzlu qəhrəmanlarımız" silsiləsindən Beyləqan rayonundan olan Azərbaycan Milli Qəhrəmanlarının xatirəsinə həsr edilən anma mərasimləri təşkil olunacaq.
Bundan əlavə, şəxsi heyət Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində, eləcə də respublikanın digər şəhər və rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edəcəkdir.
Fevralın 26-da saat 17.00-da Müdafiə Nazirliyinin tabeliyində olan bütün birlik, birləşmə, hərbi hissə, idarə, təşkilat və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, dövlət bayraqları endiriləcəkdir.