AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Xocalı faciəsinin ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Müdafiə Nazirliyinin hərbi hissələrində silsilə tədbirlər keçirilib.
Bu gün hərbi hissələrin şəxsi heyəti tərəfindən Bakı və digər şəhərlərdə “Xocalı soyqırımı” abidələri ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində tədbirlər və faciənin şahidləri ilə görüşlər keçirilib.