Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Dekabr 2018 15:50

“Vətən uğrunda” səyyar təşviqat dəstəsinin “Əsgərə məktub” layihəsi uğurla davam edir

Azərbaycan əsgərinin döyüş ruhunun daha da artırılması, xalq ilə ordu birliyinin möhkəmləndirilməsinə xidmət edən “Əsgərə məktub” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar, Gəncə Dövlət və Azərbaycan Texnologiya universitetlərində tədbirlər təşkil edilib.
Müəllim və tələbələrin iştirakı ilə keçirilən tədbirlərdə “Əsgərə məktub” layihəsi  haqqında ətraflı məlumat verilərək onun  Azərbaycanın müxtəlif regionlarında həyata keçirildiyi diqqətə çatdırılıb.
Layihənin məqsədi ictimaiyyətlə ordu arasında əlaqələri möhkəm­lən­dir­mək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gecə-gündüz keşik çəkən, Vətənimizi düşməndən qoruyan hərbçilərə mənəvi dəstək olmaqdır.
Tədbirlərdə  “Vətən uğrunda” səyyar təşviqat dəstəsinin fəaliyyətini əsk etdirən videoçarxlar nümayiş olunub. Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər tədbir iştirakçılarının böyük marağına səbəb olub. Bu layihəyə qoşulan müəllim və tələbələr əsgərlərə yazdıqları məktubları oxuyub, onlara arzu və istək dolu ismarıc göndəriblər.
Sonda “Vətən uğrunda” səyyar təşviqat dəstəsi üzvlərinin ifa etdiyi vətənpərvərlik ruhunda mahnılar da tədbirlərə xüsusi rəng qatıb.
Səyyar təşviqat dəstəsi, eyni zamanda ön cəbhədən əsgərdən valideynlərə və əksinə valideynlərdən əsgərə cavab məktublarının çatdırılmasında vasitəçidir. Növbəti dəfə cəbhə xəttində keçirilən “Əsgər məktubu” layihəsi çərçivəsində görüşdə əsgərlərin yazdıqları məktublar səyyar təşviqat dəstəsinin üzvləri tərəfindən onların ailələrinə, yaxınlarına çatdırılıb. Anaların da oğullarına yazdıqları cavab məktubları səyyar təşviqat dəstəsi üzvlərinin vasitəsilə ünvanlara yetişib.