Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 May 2018 15:30

“Vətən uğrunda!” səyyar təşviqat dəstəsi əsgərlərlə görüşüb

“Vətən uğrunda!” səyyar təşviqat dəstəsi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyi münasibətilə “N” saylı  hərbi hissədə tədbir keçirib.
Tədbirdə Şərqdə ilk demokratik respublikanın yaranma tarixi, keçdiyi inkişaf yolu haqqında məlumat verilib. Bildirilib ki, AXC-nin yaradılması xalqımızın azadlıq, müstəqillik arzusu ilə yaşaması əzmini bir daha nümayiş etdirib.
Polkovnik-leytenant Rüstəm Məmmədov vurğulayıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qarşımızda qoyduğu mühüm vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ordumuzun döyüşə hazırlıq səviyyəsi, döyüş qabiliyyəti və şəxsi heyətin vətənpərvərlik ruhu gündən-günə artmaqdadır.
Sonra Gəncə Qarnizonu Zabitlər Evinin hazırladığı AXC-nin 100 illiyi ilə bağlı qısametrajlı film nümayiş etdirilib
“Əsgərə məktub” layihəsi çərçivəsində AXC-nin yaradılmasının 100 illik yubileyi münasibətilə şagirdlərin əsgərlərə yazdığı təbrik məktubları təqdim olunub.