Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Avqust 2019 11:49

“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsi sona çatıb - VİDEO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Vətən bizə əmanətdir” yay istirahət düşərgəsi sona çatıb.
Düşərgədə şəhid ailələrinin, müharibə əlilləri və iştirakçılarının, müharibə veteranlarının, həmçinin 20 Yanvar şəhidlərinin ailə üzvləri olan yeniyetmə və gənclər iştirak ediblər.
İştirakçılar əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüblər. Şəhidlər xiyabanında və II Fəxri xiyabanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edərək, məzarları üzərinə tər güllər qoyublar. Türk Şəhidliyi Kompleksini ziyarət etdikdən sonra düşərgəyə yola düşüblər.
Düşərgə iştirakçıları bir həftə ərzində Müdafiə Nazirliyinin və digər qoşun növlərinin hərbi hissələrində təlimlərə cəlb olunub, yeniyetmələrə silah və hərbi texnika, əsgərlərin yaşam tərzi haqqında peşəkar zabitlər tərəfindən ətraflı məlumat verilib.
Həmçinin, gənclər Aprel döyüşlərinin iştirakçıları, olimpiya çempionları, Milli Məclisin deputatları və Azərbaycanın nüfuzlu universitetlərinin rəhbərliyi ilə görüşərək, fikir mübadiləsi aparmaq imkanı qazanıblar.
Gənclər Quba Soyqırımı Memorial Kompleksini və Milli Qəhrəman Çingiz Qurbanovun məzarını da ziyarət ediblər.