Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2022 16:53

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO

Müdafiə nazirinin tapşırığına əsasən, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunun hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Bayram münasibətilə şəhid və qazi ailələri ziyarət edilib, uşaqların hərbi hissələrə səfərləri təşkil olunub, əsgərlərlə görüşlər keçirilib, eləcə də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin,  Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, rayon mədəniyyət müəssisələri kollektivlərinin təşkilatçılığı ilə konsert proqramı təqdim olunub.