Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2014 09:00

Ümummilli liderin xatirəsi ehtiramla yad edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Silahlı Qüvvələrdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş silsilə tədbirlər keçirilir. Dekabrın 11-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi təşkil edilib.
Tədbir Ulu öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin oxunması ilə başlanıb.
Polkovnik Nazim Əhmədov məruzə ilə çıxış edərək görkəmli siyasi xadim və əbədiyaşar komandan Heydər Əliyevin həyat və fəaliyyətindən söz açaraq bildirib ki, qəhrəmanlığına, sərkərdəlik məharətinə və hərbi bacarığına görə bir çox görkəmli şəxslərin adları Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunub. Müstəsna xidmətlərinə görə xalqımızın yaddaşında əbədi yer tutan şəxsiyyətlərdən biri də Ümummilli lider Heydər Əliyevdir.
Məruzəçi qeyd edib ki, hələ keçmiş sovet dövründə də Azərbaycana rəhbərlik etmiş dahi şəxsiyyət ordu quruculuğu və milli hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirib.
Mərasimin sonunda müdrik sərkərdənin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.