Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2023 18:54

Ümummilli Liderin 100 illik yubileyi münasibətilə şahmat yarışı keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar keçirilən silsilə tədbirlər davam etdirilir.
N hərbi hissəsinin şəxsi heyətinin, Tərtər rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin əməkdaşlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə şahmat yarışı keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Tərtər rayonu ərazisindəki Mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzülərək Ulu Öndərin xatirəsi ehtiramla anılıb. Sonra tədbir Uşaq-Gənclər İdman-Şahmat Məktəbində davam etdirilib.
Tədbir başlamazdan öncə Ümummilli Liderin  və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələsinin dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etdiyini qeyd ediblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasının Ulu Öndərə böyük ehtiramın göstəricisi olduğu xüsusi vurğulanıb.
Gərgin mübarizə şəraitində keçən yarışda ümumilikdə 55 nəfər şahmat həvəskarı iştirak edib.
Qalib gələn şahmatçılar fəxri fərmanlarla təltif olunublar.