Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Dekabr 2020 13:49

Ümummilli lider Heydər Əliyevin anım günü Azərbaycan Ordusunda qeyd olunub

Dekabrın 12-də Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələr daxil olmaqla bütün hərbi birlik və birləşmə, xüsusi təyinatlı hərbi təhsil və hərbi tibb müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə bir sıra tədbirlər keçirilib.
Tədbirlərdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və abidəsi önünə gül dəstələri qoyulub.