Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2026 12:12

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib. 
Komandalar arasında yarış ruhunun və sağlam rəqabət mühitinin gücləndirilməsi məqsədilə keçirilən yarış iştirakçıların zehni qabiliyyətlərinin inkişafına, qərarqəbuletmə, analitik düşünmə və təşəbbüskarlıq bacarıqlarının formalaşdırılmasına xidmət edib.
Gərgin mübarizə şəraitində keçən və ümumilikdə 8 komandanın iştirak etdiyi yarışda birinci yerə İntellektual qabiliyyətli bölmənin, ikinci yerə Heydər Əliyev adına Hərbi İnstitutun, üçüncü yerə isə Hərbi İdarəetmə İnstitutunun komandası layiq görülüb. 
Sonda qaliblər kubok, fəxri fərman və medallarla təltif olunublar.