Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 May 2021 13:29

Ulu Öndərin xatirəsi yad edilib

Mayın 10-da Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin əməkdaşları qruplarla xalqımızın ümummilli lideri, Əbədiyaşar Ali Baş Komandan  Heydər Əliyevin anadan olmasının 98-ci ildönümündə idarənin inzibati binasında Ulu Öndərə həsr olunmuş guşəni ziyarət edərək büstü  qarşısına qızılgüllər düzüb, xatirəsini hörmət və ehtiramla yad ediblər.
Hərbi qulluqçulara dahi liderin hər bir Azərbaycan gənci üçün örnək olan Vətənə, xalqa həsr olunmuş mənalı ömür yolu barədə bir daha ətraflı məlumat verilib və ordu quruculuğundakı müstəsna xidmətləri xatırlanıb.
Fəxarətlə qeyd edilib ki, “Dəmir Yumruq” əməliyyatı ilə başlanan Vətən müharibəsində xalqımızın birliyi, həmrəyliyi, ordumuzun qalibiyyət yürüşü və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində qazanılan möhtəşəm Zəfər məhz Ulu Öndərimizin Ata vəsiyyətinin arzularının həyata keçdiyi tarixi hadisədir.