Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2023 16:30

Ulu Öndərin ilk dəfə prezident seçilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə prezident seçilməsinin 30-cu ildönümü münasibətilə əlaqədar Müdafiə Nazirliyinin tabeliyindəki müəssisə və hərbi hissələrdə silsilə tədbirlər keçirilib.
Əvvəlcə Ümummilli Liderin ölkəmizin müxtəlif yerlərindəki abidələri önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb. Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edənlər Ulu Öndərin müasir Azərbaycan Ordusunun yaradılması və inkişafında misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirilib, ölkəmizin beynəlxalq mövqeyi güclənib. Onun müdrik siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində ölkəmizin durmadan inkişaf etdiyi xüsusi vurğulanıb.
Eyni zamanda qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə respublikamızda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi Ulu Öndərə göstərilən ehtiramın bariz nümunəsidir.
Silsilə tədbirlər çərçivəsində plana uyğun olaraq şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər nümayiş etdirilib, elmi-praktik konfranslar, “dəyirmi masa”lar və digər mədəni-kütləvi tədbirlər təşkil olunub.