Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 May 2024 13:12

Ulu Öndərin ildönümünə həsr olunan minifutbol turniri keçirilir - VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi plana əsasən, Müdafiə Nazirliyinin baş idarə və idarələri arasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan minifutbol turniri keçirilir.
Yarışda hərbi qulluqçular 10 komanda üzrə “A” və “B” qruplarında mübarizə aparırlar. Gərgin mübarizə və dostluq şəraitində keçən oyunları Azərbaycan Ordusunun hərbi qulluqçusu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) referisi Nail Nağıyev idarə edir.
Reqlamentə uyğun olaraq, qrup oyunları başa çatdıqdan sonra hər qrupda 1-ci və 2-ci yerləri tutan komandalar yarımfinal mərhələsinə yüksələcəklər. Bu mərhələnin qalibləri birincilik uğrunda final görüşünə çıxacaqlar.
Sonda qaliblər mükafatlandırılacaq.