Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2026 10:55

Ulu Öndərin ildönümü ilə əlaqədar Hərbi liseylərə mediaturlar təşkil edilib

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski  və Heydər Əliyev adına Hərbi liseylərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə mediaturlar təşkil edilib. 
Mediaturlar çərçivəsində qonaqlara Hərbi liseylər haqqında geniş məlumat verilib. 
Bildirilib ki, Azərbaycan Ordusunda xidmət edən savadlı və bacarıqlı zabitlərin hazırlanmasında Hərbi liseylərin müstəsna rolu var. 
Bu gün Ordumuzun peşəkar kadrlarla təmin olunmasında məhz Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı xüsusi vurğulanıb.
Mediaturlar zamanı qonaqlar Hərbi liseylərin ərazisindəki Heydər Əliyev muzeyləri, tədris korpusları, kursant yataqxanaları, yeməkxanalar, idman kompleksləri, tibb məntəqələri və digər inzibati binalarda çəkilişlər aparıb, liseyin kursant və müəllim heyətindən müsahibələr alıblar.