Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan idman yarışı keçirilib.
Mərasimdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Kursantlar idmanın yüngül atletika, güləş, kikboks, pentatlon, futbol, voleybol və digər növləri üzrə təşkil olunan yarışlarda öz güclərini sınayıblar.
Sonda yekun nəticələrə əsasən qalib olan komandalara diplom, kubok və medallar təqdim olunub.