Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 May 2021 09:32

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən elmi-praktik konfrans keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Dağlıq Qarabağ münaqişəsinin həlli: Azərbaycan Ordusunun peşəkarlığı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda bu hərbi məktəbin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının zabit və müəllimləri  iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları AAHM-in  muzeyləri və  ideoloji mərkəzi ilə tanış olub və ali hərbi məktəbdə çap edilən tədris vəsaitlərindən ibarət sərgiyə baxıblar.
Konfransın plenar iclasında AAHM rəisinin tədris və elmi işlər üzrə müavini, polkovnik, dosent Ruslan Məmmədov mövzuya dair ətraflı məruzə ilə çıxış edib.
Sonra konfrans  bölmələr üzrə davam edib. Ümumilikdə  30 zabit  və müəllimin  mövzu ilə bağlı məruzələri dinlənilib və məruzələr ətrafında fikir mübadiləsi aparılıb.